Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcəsiyasəti qarşısında dayanan çağırışlar vəsosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdədövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.
Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama" sənədində bildirilib.
Ümumilikdə, ortamüddətli dövrdədövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:
dayanıqlı vəyüksək iqtisadiartımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü vəinnovasiya tutumlu sahələrəinvestisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı vəyerli istehsalın stimullaşdırılması vəbiznes-investisiya mühitinin yaxşılaşdırılması;
ölkənin müdafiəqabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası vətoxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının vəxidmət şəraitinin yaxşılaşdırılması istiqamətindəkompleks tədbirlərin vəlayihələrin icrası;
işğaldan azad olunmuş ərazilərdəyenidənqurma, bərpa vəməskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
rəqəmsal inkişaf sahəsindəmüəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcədəsüni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması vərəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;
Əhalinin sosial müdafiəsivərifahı,xüsusiləhəssas təbəqələrin sosial təminatınındaha da gücləndirilməsi;
iqtisadiyyata dövlət büdcəsindən birbaşa vədolayısilədövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya vədotasiya formasında maliyyədəstəyinin davam etdirilməsi;
müdafiəolunan xərclərin, o cümlədən əməyinödənişi, pensiyalar, müavinətlər, təqaüdlər vədigər sosial ödənişlər iləbağlı xərclərin maliyyətəminatı;
dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdətutulmuş dövlət proqram vətədbirlərin maliyyətəminatı;
təmiz ətraf mühit və"yaşılartım"ın təmin olunması, eləcədəyaşıl enerji mənbələrinin genişləndirilməsi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)