2027-ci ildə Azərbaycanda illik inflyasiyanın 5,3% təşkil edəcəyi proqnozlaşdırılır.
Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində bildirilib.
"İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir", - məlumatda qeyd edilib.
Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür:
"Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir. 2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağıproqnozlaşdırılır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)