Aparıcı Vüsalə Əlizadə atasının və qardaşının məzarından görüntülər paylaşıb.
Milli.Az xəbər verir ki, aparıcı səhər saatlarında atasını və qardaşını ziyarət etdiyini bildirib. O, məzarların ətrafını təmizlədiyini qeyd edib.
Vüsalə paylaşımında hisslərini bu sözlərlə ifadə edib:
"Bilmirəm niyə, bu qara daş adamı sakitləşdirir. Səhər tezdən gedib atamı, qardaşımı ziyarət etdim. Evlərini təmizlədim".
Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn 2021-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)