Türk istehsalı "Kızılcık Şerbeti" serialı maraqlı rekorda imza atıb.
Milli.Az xəbər verir ki, Türkiyə televiziya tarixinin ən uğurlu göstəricilərindən birinə imza atan serial beş qitədə, 100-dən çox ölkədə yayımlanaraq və 20-dən çox dilə tərcümə edilərək fərqli mədəniyyətlərdən və dillərdən olan milyonlarla tamaşaçını eyni həyəcan ətrafında birləşdirməyi bacarıb. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)