Bəhlul Mustafazadə yenidən əməliyyat olundu

16 Sentyabr 2026 19:41

"Qarabağ"ın və Azərbaycan millsinin futbolçusu Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.

Bu barədə Milli.Az-a Ağdam klubundan məlumat verib. Futbolçunun 4 həftə sonra bərpa prosesinə başlayacağı qeyd olunur.

Xatırladaq ki, bu ilin fevralında üzləşdiyi zədə səbəbindən uzunmüddət oynamayan 27 yaşlı mərkəz müdafiəçisinin ayağının əməliyyat olunan hissəsində yenidən problem yaranıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)