Ronaldu "Ən-Nəsr"dən gedir

16 Sentyabr 2026 19:54

"Qızıl top"un beşqat sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldu gələn qış Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunu tərk edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl "DAZN Portugal" telekanalı Ronaldunun "Ən-Nəsr" klubunu satın ala biləcəyi barədə məlumat yaymışdı.

Futbolçu 2022-ci ilin dekabrından "Ən-Nəsr"də çıxış edir. Hücumçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klublarında da oynayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)