Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə olacaq
Sabah Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə yaranacaq.
Milli.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin, Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qazla təchizatı dayandırılacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)