Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır

16 Sentyabr 2026 18:29

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Milli.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:

Sumqayıt-Pirşağı-Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;

Bakı-Pirşağı-Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)