ABŞ rəsmiləri və husilər arasında Omanda görüş keçirilib.
Milli.Az xəbər verir ki, "Reuters" anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş həftə sonu husilərin Yəməndə strateji əhəmiyyət daşıyan əraziləri ələ keçirməsindən sonra baş tutub.
Görüş zamanı husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qaldıqlarını bildiriblər.
Həmçinin İsrailə məxsus gəmilərin də hədəfə alınmayacağı, yalnız Səudiyyə Ərəbistanı gəmilərinə hücum ediləcəyi vurğulanıb.
ABŞ Dövlət Departamenti husilərlə görüş keçirilməsi barədə məlumatı təsdiqləməyib. Bununla belə, qurum Qırmızı dənizdə naviqasiya azadlığının qorunmasının ABŞ-ın marağında olduğunu bildirib.
Omanın ABŞ-dakı səfirliyi və husilər isə "Reuters"in sorğusuna cavab verməyiblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)