Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı

16 Sentyabr 2026 17:26

Türkiyəli iş adamının da olduğu təyyarə Kolumbiyada dağa çırpılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Mehmed Çankaya və dörd Kolumbiya vətəndaşını daşıyan təyyarə üç gün əvvəl qəzaya uğrayıb.

Təyyarənin qalıqları təxminən 9 min fut yüksəklikdə yerləşən dağlıq ərazidə aşkarlanıb.

Hadisə zamanı təyyarədə olan beş nəfərin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)