"Beşiktaş"da ciddi itki

16 Sentyabr 2026 17:07

Türkiyənin "Beşiktaş" klubunun heyətində çıxış edən Leandro Trossard UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda meydana çıxa bilməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Beşiktaş"ın baş məşqçisi Vinçentso İtalyano mətbuat konfransında məlumat verib.

Vinçentso İtalyano bildirib ki, belçikalı futbolçu ağrılar səbəbindən Fransanın "Marsel" komandasına qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Marsel" matçı sentyabrın 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)