"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 20 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə ADY məlumat yayıb.
"Eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz", - deyə qurumdan əlavə edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)