Elgizin görüntüsü viral oldu – (Video)

19 Sentyabr 2026 11:11

Aparıcı Elgiz Əkbər məclislərdə rəqs edən qadınlarla bağlı fikirləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcı veriliş zamanı bəzi qadınların məclislərdə rəqs tərzini tənqid edib.

Elgiz Əkbərin bu mövzuda danışarkən nümayiş etdirdiyi mimikalar və üz ifadələri isə izləyicilərin diqqətindən yayınmayıb. Aparıcının reaksiyası izləyicilərin gülüşünə səbəb olub.

Həmin anların görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)