İtaliyanın "Bolonya" klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin 2028-ci ilədək olan müqaviləsinə vaxtından əvvəl xitam verilib. Klub Tedesko ilə birlikdə onun məşqçilər korpusuna da fəaliyyətlərində uğurlar arzulayıb.
Komandanın yeni baş məşqçisi isə Raffaele Palladino olub. İtaliyalı mütəxəssislə 2029-cu il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, "Bolonya" ölkə çempionatında 4 turdan sonra 1 xalla 16-cı yerdədir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)