Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi

16 Sentyabr 2026 16:27

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP üzrə sazişi Əsas Qanuna uyğun hesab edib.

Milli.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu haqda Konstitusiya Məhkəməsinin xarici əlaqələr şöbəsindən bildirilib.

Qərarın tam mətni üç gün ərzində dərc olunacaq, bundan sonra ratifikasiya üçün parlamentə göndəriləcək.

Xatırladaq ki, sentyabrın 15-də Konstitusiya Məhkəməsi yazılı icraat qaydasında TRIPP üzrə sazişə baxmağa başlayıb. Konstitusiya Məhkəməsi sənədə əsasən Ermənistanın üzərinə götürdüyü öhdəliklərin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etməli idi.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)