Putin bu gün rusiyalılara müraciət edəcək

16 Sentyabr 2026 15:20

Rusiya Prezidenti Vladimir Putin bu gün Dövlət Dumasına seçkilər öncəsi rusiyalılara müraciət edəcək.

Milli.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident saat 18:00-da (Bakı vaxtı ilə 19:00) qarşıdan gələn ümumi parlament seçkiləri ilə bağlı xalqa televiziya vasitəsilə müraciət etməyi planlaşdırır", - Peskov bildirib.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən - 20-nə kimi keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)