Tiktoker Əhdi və dostu sərbəst buraxıldı

16 Sentyabr 2026 14:46

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıblar.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Əhdiman Osmanov "TikTok" platformasında "Ehdiparfum" ləqəbi ilə tanınır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)