Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi

16 Sentyabr 2026 13:14

Dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib.

Milli.Az xəbər verir ki, məlumat Nazirlər Kabinetindən Trend-ə təsdiqlənib.

Məlumat üçün bildirək ki, "Büdcə sistemi haqqında" Qanuna əsasən, Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) cari ilin sentyabr ayının 15-dək Nazirlər Kabinetinə və Hesablama Palatasına təqdim edilir.

Növbəti büdcə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) və "Büdcə sistemi haqqında" Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)