Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş

16 Sentyabr 2026 12:30

Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda baş verən qalmaqallı epizodları şərh edib. 

Milli.Az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda baş hakim Elçin Məsiyevin  təyin etdiyi penaltinin yanlış qərar olduğunu bildirib.

Qeyd edək ki, "Turan Tovuz" qapılarına təyin olunan penalti ilə bağlı bəyanat yaymışdı. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)