General-mayor Anton Qrunis öldü

16 Sentyabr 2026 12:06

Rusiya Silahlı Qüvvələrinin 4-cü əlahiddə motoatıcı briqadasının komandiri, general-mayor Anton Qrunisin öldüyü bildirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Anna Nyus" saytına istinadən məlumat yayıb.

Məlumata görə, generalın dəqiq ölüm tarixi, yeri və hansı şəraitdə öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Anton Qrunis Konstantinovkanın işğalı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

Avqustun 28-də Rusiya müdafiə naziri Andrey Belousov Qrunisi ölkənin ən ali dövlət mükafatı hesab olunan "Qızıl ulduz" medalı ilə təltif edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)