Mertsin ABŞ səfəri ləğv edildi

16 Sentyabr 2026 11:35

Almaniya kansleri Fridrix Merts gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün getməli olduğu Nyu-Yorka səfər etməyəcək.

Bu barədə "Bloomberg" Almaniya kanslerinin ofisinin yaydığı bəyanata istinadən məlumat yayıb.

"İlkin planlardan fərqli olaraq, kansler gələn həftə Nyu-Yorka getməyəcək, çünki onun Berlində olması zəruridir", - Mertsin kanslerliyinin çərşənbə axşamı elektron poçt vasitəsilə yaydığı bəyanatda deyilir.

"Bloomberg"in yazdığına görə, Merts sentyabrın 22-də Nyu-Yorkda Henri Kissincer adına mükafata layiq görülməli və BMT Baş Assambleyasında çıxış etməli idi. Lakin kansler indi gələn həftənin əvvəlində rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (XDİ) rəhbərliyinin iclaslarında iştirak etməyi planlaşdırır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)