Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü

16 Sentyabr 2026 11:13

Qəbələdə yol-nəqliyyat hadisəsi 65 yaşlı kişinin ölümü ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində baş verib.

Məlumata görə, Şakir Eyvazov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.

Xəstəxanaya yerləşdirilən H. İsrafilov dünən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)