Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü

16 Sentyabr 2026 11:10

Bakıda 82 yaşlı kişi binanın eyvanından yıxılaraq ölüb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində baş verib.

Məlumata görə, 82 yaşlı Balağa Hacıağa oğlu Məmmədov ailə üzvləri ilə birgə yaşadığı 9 mərtəbəli binanın eyvanından yıxılıb. O, hadisə nəticəsində həyatını itirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)