Mərhum xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova canlı efirdə əməkdar artist, xanəndə Təyyar Bayramova zəng edərək onu təbrik edib.
Milli.Az xəbər verir ki, o, efirdə Təyyar Bayramova müraciət edərək ona və Mənsum İbrahimova minnətdarlığını ifadə edib.
"Sizə borcum var. Sizin də, Mənsum müəllimin də Rəmişin üzərində haqqı çox olub. Onun xoş günündə də yanında olmusunuz, ölənə qədər də yanında oldunuz. Rəhmətlik atanla bir yerdə işləmişik. Səsin ucalardan gəlsin həmişə", - deyə Gülü Hüseynova bildirib.
O, çıxışında Təyyar Bayramovun Rəmişə göstərdiyi diqqət və dəstəyi xüsusi vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)