Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?

16 Sentyabr 2026 11:00

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu komandanın şərikli sahiblərindən birinə çevrilə bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata əsasən, 41 yaşlı hücumçu daha 4 investorla birlikdə "Əl-Nəsr"i satın almaq üçün təklif hazırlayır. Bildirilir ki, sövdələşmədə iştirak edəcək investorların hər biri ən azı 92 milyon avro məbləğində vəsait yatırmağı planlaşdırır.

Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"in formasını geyinir. Portuqaliyalı futbolçu daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus" klublarında çıxış edib.

Kriştianu Ronaldu karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb. O, "Çempionlar Liqası"nın qalibi olmaqla yanaşı, Portuqaliya millisi ilə Avropa çempionatında və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb.
 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)