Sumqayıtda ağır qəza - Ölən və yaralanan var

16 Sentyabr 2026 10:08

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mersedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mersedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.

"Kia Sorento"da sərnişin qismində əyləşən 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli isə müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)