Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var

16 Sentyabr 2026 09:44

Los-Ancelesin şimal-qərbindəki Çatsvort bölgəsində televiziya şirkətinə məxsus helikopter qəzaya uğrayıb. 

Milli.Az xəbər verir ki, Los-Anceles Yanğından Mühafizə İdarəsinin verdiyi məlumata görə, qəzada üç nəfər ölüb, daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Helikopter San Fernando Vadisində yerləşən Çatsvortdakı anbar kompleksinin yaxınlığında və ya ərazisindəki dayanacaqda qəzaya uğrayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)