Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin (CIF) qiyməti artıb.
Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,74 dollar artaraq 128,03 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,02 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları hesablanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)