Müğənni Rəqsanə İsmayılova qızı Mihrimahın ilk dəfə məktəbə getməsi ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında qızının məktəbə ilk addımını əks etdirən görüntüləri yayımlayaraq duyğularını bölüşüb.
Rəqsanə bildirib ki, bu gün balaca Mihrimah üçün həyatının ən gözəl və unudulmaz günlərindən biridir:
"Bu gün balaca Mihrimahımız üçün həyatının ən gözəl və unudulmaz səhifələrindən biri açılır. İlk dəfə məktəbə qədəm qoymaq, çiynində çanta, əlində gül, gözlərində böyük arzularla yeni bir həyata başlamaq...
Məktəb sadəcə dərs öyrənilən bir yer deyil. Bura uşaqların arzularının böyüdüyü, dostluqlar qazandığı, həyata hazırlaşdığı və gələcəyini qurduğu müqəddəs bir məkandır. Bu gün ilk addımını atan bütün balacalarımıza sağlam, uğurlu, xoşbəxt və parlaq bir təhsil həyatı arzulayırıq.
Mihrimah və onun bütün sinif yoldaşlarına yeni tədris ilində bol uğurlar, gözəl dostluqlar, yüksək nailiyyətlər və unudulmaz xatirələr arzulayırıq.
Bu əlamətdar gündə Tofiq İsmayılov adına 6 nömrəli liseyin rəhbərliyinə və dəyərli müəllim kollektivinə xüsusi təşəkkürümüzü bildiririk. Övladlarımızın təhsilinə, tərbiyəsinə və gələcəyinə göstərdiyiniz diqqət və əməkləriniz üçün minnətdarıq.
Qoy bu məktəb yolu bütün balalarımızı gözəl gələcəyə aparsın.
İlk məktəb gününüz mübarək, əziz uşaqlar!
Uğurlar, Mihrimah! Yolun həmişə işıqlı olsun!"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)