Tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iş adamının üzv olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan Şəhər Təşkilatı məlumat yayıb.
H.Qocayevin hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb.
Qeyd edək ki, o, 2012-2022-ci illərdə YAP Naftalan şəhər təşkilatının sədri olub. O, həmçinin Yeni Azərbaycan Partiyası Goranboy Rayon Təşkilatının sədri Samir Qocayevin atasıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)