“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)

16 Sentyabr 2026 00:23

Türkiyədə böyük maraqla izlənilən "Mehmed: Fetihler Sultanı" serialının yeni fraqmanı yayımlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni kadrlarda azərbaycanlı reper Payam Türkün "Mənəm Türk" rep mahnısından istifadə olunması diqqət çəkib.

Ekran işinin yeni fraqmanında yer alan bəstə sosial şəbəkələrdə izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sözügedən tarix-dram serialı Osmanlı İmperiyasının 7-ci sultanı - Fatih Sultan Mehmedin (II Mehmed) həyatından və İstanbulun fəthi yolundakı mübarizəsindən bəhs edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)