Zidan Deşamın çağırmadığı futbolçulara şans verir

16 Sentyabr 2026 00:12

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan sabiq çalışdırıcı Didye Deşamın dönəmində yığmaya çağırılmayan 9 futbolçunu geniş heyətə daxil etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, "L'Equipe" nəşrinin məlumatına görə, Zidanın siyahısında "Brayton"dan Olivye Boskalyi, "Liverpul"dan Ceremi Jake, "Renn"dən Esteban Lepol, "Komo"dan Lukas Da Kunha, "İnter"dən Andy Diuf, "Paris"dən Pablo Paji, "Sanderlend"dən Enzo Le Fe, "Lans"dan Pyer Qanyu və Mattie Yudol yer alıb.

Qeyd edək ki, Zidanın rəhbərliyi altında Fransa millisinin ilk oyunu sentyabrın 25-də keçiriləcək. Komanda Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda səfərdə Türkiyə ilə qarşılaşacaq. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)