Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonun ölkənin Baş prokuroru vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, sənəd Ukrayna Prezident Administrasiyasının saytında dərc olunub.
"Ruslan Andreyeviç Kravçenko Baş prokuror vəzifəsindən azad edilsin", - fərmanda bildirilib.
Sentyabrın 15-də Ukrayna Ali Radası ölkəni tərk etmiş Kravçenkonun Baş prokuror vəzifəsindən azad edilməsini dəstəkləyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)