Asiya Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Əl-Ayn" Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu qəbul edib.
Milli.Az xəbər verir ki, Əl-Ayndakı "Hazza bin Zayed" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
15 sentyabr
"Əl-Ayn" - "Əl-Nəsr" - 4:0
Qollar: H.Rəhimi, 25, 63, S.Rəhimi, 72, Q.Yakumakis, 85
Qeyd edək ki, növbəti turda "Əl-Ayn" oktyabrın 12-də səfərdə İraqın "Əl-Kuva" klubu ilə qarşılaşacaq. Həmin gün "Əl-Nəsr" doğma meydanda Özbəkistanın "Neftçi" (Fərqanə) klubunu qəbul edəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)