Tramp Ali Məhkəməni sərt tənqid edib

15 Sentyabr 2026 22:10

ABŞ Prezidenti Donald Tramp ölkənin Ali Məhkəməsini, o cümlədən formalaşmasına özünün də töhfə verdiyi mühafizəkar çoxluğu sərt tənqid edib.

Milli.Az xəbər verir ki, Tramp "Truth Social"da Ali Məhkəmənin poçt vasitəsilə səsvermə ilə bağlı sərəncamını ləğv etməsinə münasibət bildirib.

ABŞ Prezidenti 2026-cı ildə Ali Məhkəmənin onun bir sıra sərəncamlarını ləğv edən qərarlarını tənqid edib. Tramp vaxtilə namizədliklərini irəli sürdüyü üç hakimin demokratların təsiri altında olduğunu iddia edib, lakin onların adlarını açıqlamayıb.

"Bunlar ABŞ Ali Məhkəməsinə namizədləri seçərkən şəxsən söhbət etdiyim insanlar deyil. Onlar özlərinin sadəcə kölgəsinə çevriliblər. Bu, şokedici dərəcədə pis qərarları ilə ABŞ-yə trilyonlarla dollara başa gələn məhkəmədir", - Tramp yazıb.

O, Ali Məhkəmənin qərarlarının ABŞ tarixinə "ən dağıdıcı, ağrılı və zərərli qərarlardan bəziləri" kimi düşəcəyini iddia edib.

Tramp Ali Məhkəməni daha əvvəl "doğuş turizmi" və gömrük tariflərinin sərtləşdirilməsi ilə bağlı sərəncamlarını ləğv etdiyinə görə də tənqid edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)