Amerikalı pop müğənni Britni Spirs atasının - Ceymi ilə bağlı emosional bir paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi bu haqda instaqramda paylaşım edib, lakin qısa müddət sonra onu silib.
"Hamınız məni tanıyırsınız: mən bağışladım və həmişə insani davranmağa çalışdım. Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?" - deyə müğənni yazıb.
Britni əlavə edib ki, atası onu öz adından, səyahət etmək imkanından və sərbəst yaşamaq hüququndan məhrum edib. Nəşr qeyd edir ki, Ceymi Spirs həqiqətən də ayağını itirib, bakterial infeksiya səbəbindən onun ayağı amputasiya olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)