"Bu gün onlar ilk addımlarını atırlar, sabah isə dünyanın ənnüfuzlu opera səhnələrində çıxış edə bilərlər". Məhz bu ideya III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində keçirilən"Gənc səslər gələcəyə səslənir" adlı konsertin əsas qayəsini təşkiledib.
Konsert Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində keçirilib vəartıq özünü təsdiqləmiş sənətkarlarla gənc ifaçıları bir arayagətirən festivalın mühüm tədbirlərindən biri olub. Gənc vokalçılarüçün bu konsert yalnız istedadlarını nümayiş etdirmək deyil, həmdə böyük peşəkar sənət dünyasının bir hissəsi olduqlarını hiss etmək baxımından mühüm imkan yaradıb.
Konsert proqramında vokalçılar Anar Həmidli, Aysu Əliyeva, RöyaƏliyeva, Əli Əliyev, Rauf Məmmədzadə, Ləman Mustafazadə vəZəhraxanım Abdullayeva çıxış ediblər.
Konsertmeysterlər Səmra Həsənli və Arzu Aslan olublar.
Tədbirdə layihənin əsas məqsədi - gənc istedadlara dəstəkgöstərilməsi və onların peşəkar səhnəyə ilk addımlarının atılmasıxüsusi vurğulanıb.
Azərbaycanın Xalq artisti Fidan Hacıyeva bildirib ki, builki festival ölkənin musiqi mədəniyyəti üçün mühüm hadisəyə çevrilib. İlk dəfə olaraq Azərbaycanda klassik sənətə həsr olunmuş bumiqyaslı festival üç ay müddətində - 7 sentyabrdan 7 dekabradəkkeçirilir.
"Mən istəyirəm ki, bu gün festival səhnəsində çıxış edən gəncsolist illər sonra dünyanın ən böyük opera səhnələrindəAzərbaycanı təmsil etsin və desin ki, onun peşəkar yaradıcılıqyolundakı ilk addımlardan biri məhz bu festival olub", - deyə FidanHacıyeva bildirib.
Onun sözlərinə görə, sənətin yaşadılması və inkişafı onunnəsildən-nəslə ötürülməsindən keçir.
"Sənət nəsildən-nəslə ötürülür. Bizim borcumuz yalnız bizə mirasqalan bədii irsi qorumaq deyil, onu gələcək nəsillərə daha zənginvə məzmunlu şəkildə çatdırmaqdır", - Xalq artisti qeyd edib.
Fidan Hacıyeva festivalı milli opera sənətinin gələcəyinə qoyulanbir növ investisiya kimi dəyərləndirib.
"Bu gün yetişdirdiyimiz və dəstəklədiyimiz hər bir gənc səs sabahAzərbaycan mədəniyyətinin səsinə çevrilə bilər", - deyə o vurğulayıb.
Xalq artisti festival çərçivəsində ali təhsil müəssisələrindəkeçiriləcək tədbirlərə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, gənclərin opera sənəti ilə yalnız dərsliklər və internet vasitəsilətanış olması kifayət deyil.
"Gənclərin opera sənəti ilə yalnız dərsliklər və ya internet vasitəsilə tanış olması kifayət deyil. İnanıram ki, canlı konsert, opera ariyası və ya səhnə təcrübəsi gəncin sənətə və musiqiyəmünasibətini dəyişə bilər", - Fidan Hacıyeva bildirib.
Fidan Hacıyevanın 50 illik yubileyinə və 30 illik yaradıcılıqfəaliyyətinə həsr olunan III Beynəlxalq Opera Festivalınıncoğrafiyası Bakı ilə məhdudlaşmır. Festival çərçivəsində tədbirlərAzərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Paris, London, Milan və Minskdə də keçirilir.
Festival proqramına ümumilikdə 30-a yaxın musiqi və mədənitədbir daxildir.
Builki festivalın əsas istiqamətlərindən biri olan "Gənc səslərgələcəyə səslənir" layihəsi çərçivəsində gənc solistlərin solo konsertləri, birgə çıxışları, vokal gecələri və müxtəlif ustad dərsləritəşkil olunur.
Proqramın mühüm hissəsini ölkənin aparıcı ali təhsilmüəssisələrində keçiriləcək tədbirlər təşkil edir. Bu görüş vəkonsertlər gənclərin klassik musiqi və opera sənəti ilə dahayaxından tanış olmasına, canlı ifaları dinləməsinə və sənətdünyasının nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına imkanyaradacaq.
Üç ay davam edəcək festivalın möhtəşəm finalı isə 7 dekabrdaHeydər Əliyev Sarayında keçiriləcək "Karmen. Sənətkarınhəyatının yarım əsri" adlı qala-konsert olacaq.
Gecənin mərkəzində dünya opera sənətinin ən məşhurobrazlarından biri - Karmen dayanacaq. Konsertdə məşhuroperanın musiqisi ilə yanaşı, Azərbaycan və dünya klassikmusiqisinin sevilən əsərləri də səsləndiriləcək.
Konserti Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyaziadına Dövlət Simfonik Orkestri müşayiət edəcək. Tanınmış ispanflamenko qrupunun iştirakı isə qala-konsertə xüsusi ritm və koloritqatacaq.
Beləliklə, gənc səslərə dəstək ideyası ilə başlayan festival onlarınböyük səhnəyə doğru yolunu açır. Bu gün atılan ilk addımlar isəsabah Azərbaycan opera sənətinin yeni uğurlarının başlanğıcınaçevrilə bilər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az