Abşeron rayonu, Xırdalan şəhərində evdə partlayış nəticəsində 19 yaşlı qız həlak olub.
Bu barədə Milli.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)