Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.
Milli.Az Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, A.Bəndəliyeva Sumqayıt Şəhər 1 nömrəli Xəstəxananın Uşaq Poliklinikasına şöbə müdiri təyin edilib.
------------
Balakən xəstəxanasının direktoru işdən çıxarılıb.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)