Toy mərasimində bəyin nümayiş etdirdiyi rəqs sosial şəbəkələrdə marağa səbəb olub.
Milli.Az xəbər verir ki, məclisdə özünəməxsus rəqsi ilə diqqət çəkən bəyin görüntüləri qısa zamanda yayılıb və çoxsaylı bəyənmə və rəylər toplayıb.
Belə ki, bəy "zeybek" türk rəqsini məharətlə ifa edərək qonaqların alqışını qazanıb. Onun rəqs zamanı göstərdiyi hərəkətlər sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb.
Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və bəyin rəqs bacarığı ilə bağlı çoxsaylı şərhlər yazılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)