Cəlilabad rayonunda yaşayış evində yanğın baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Közbulaq kəndində, kənd sakini Yaqub Yaqubova məxsus evdə qeydə alınıb.
Alov qısa müddətdə evi bürüyüb və 104 kvadratmetrlik tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Kənd sakinləri və hadisə yerinə gələn FHN-in texnikası, canlı qüvvəsinin müdaxiləsi nəticəsində yanğının ətrafdakı ərazilərə və digər tikililərə keçməsinin qarşısı alınıb.
Araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)