İran ABŞ-ın daha bir PUA-sını vurdu

15 Sentyabr 2026 15:10

İranın hava hücumundan müdafiə qüvvələri son bir neçə gün ərzində ABŞ-a məxsus dördüncü MQ-1 PUA-sını vurub.

Milli.Az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Hörmüz boğazının şərqindəki hava məkanında SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni müasir hava hücumundan müdafiə sistemi MQ-1 PUA-sını vurub", - məlumatda bildirilib.

Həmçinin bildirilir ki, pilotsuz uçuş aparatının məhv edilməsi üçün ən müasir və yeni hava hücumundan müdafiə sistemindən istifadə olunub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)