İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)

15 Sentyabr 2026 14:32

Vətən uğrunda gedən döyüşlərdə iki ayağını itirən qazimiz Taleh Camalovun həyatında əlamətdar gün yaşanıb.

Milli.Az xəbər verir ki, qazimizin nişan mərasimi baş tutub. Bu özəl gündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edərək Taleh Camalovun sevincinə şərik olub.

Qeyd edək ki, mərasim Salyan rayonunun Xələc kəndində keçirilib. Nişan məclisindən görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)