Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb

15 Sentyabr 2026 13:26

Astarada 74 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb.

1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)