Bakı-Ələt-Astara magistralının Cəlilabad və Masallı rayonlarının ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.
Milli.Az Azərtac-a istinadla xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)