Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)

15 Sentyabr 2026 11:35

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda ən effektiv təşkilardan biridir, onun regional və qlobal aləmdə rolu artır.

O qeyd edib ki, təşkilat olaraq görülən işıər bəllidir və bundan daha çox işlər görüləcək.

"Bu panel sessiyası bütün türk dövlətlərində həyata keçirləcək. Burada bizim əsas məqsədimiz TDT Zirvə görüşünə gedən yolda müştərək fikir mübadiləsi aparmaq, təcrübə mübadiləsi etməkdir. Bu TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir. Amma, sözsüz, bu gün bizim olduğumuz vəziyyət hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki bu potensial TDT də var",- deyə o əlavə edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanettin Duran iclası zamanı qeyd edib ki, hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu konteksdə türk dövlətlərinin birlikdə addımlar atması zərurudir.

O qeyd edib ki, türk dünyasının gələcəyi bir-birimizə bağlı köklü keçmişimizdən və sabaha baxışımızdan asılıdır.

"Dezinformasiya və digər təhdid səpkili məsələlərlə mübarizə baxımından media və kommunikasiya sahəsində türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi mühimdir. Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik",- deyə o bildirib.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)