Braziliyalı hücuma meylli müdafiəçi Filippe Koutinyo karyerasını "Santos"da davam etdirəcək.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu San-Paulu ştatını təmsil edən klubla 2026-cı ilin sonunadək müqavilə imzalayıb.
Filippe Koutinyo yeni komandasına azad agent statusunda qoşulub. O, "Santos"a qayıdan Neymarla birlikdə çıxış edəcək. Qeyd edək ki, hər iki futbolçu peşəkar karyerasına məhz Braziliya klubunda başlayıb.
Koutinyo futbol ictimaiyyətinə əsasən "Liverpul" və "Barselona"dakı çıxışları ilə tanışdır. Təcrübəli oyunçu karyerası ərzində "İnter", "Bavariya" və "Aston Villa"nın da formasını geyinib.
Onun son komandası isə 2024-cü ilin sonunda ayrıldığı "Vasko da Qama" olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)