Yeni tədris ilində 124 min şagird I sinifdə təhsilə başlayır.
Milli.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev 21 nömrəli tam orta məktəbdə Bilik Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
1,6 milyon şagird ümumi təhsilini davam etdirir. 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.
Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb:
"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".
E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb:
"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)