Hazırda klubsuz olan Serxio Ramos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi ilə "Aston Villa"nın maraqlandığı bildirilir. Bu barədə "Suporter Media" məlumat yayıb.
İddiaya görə, Birmingem təmsilçisi 40 yaşlı futbolçu ilə artıq danışıqlara başlayıb. Ramosun gələn həftə tibbi müayinədən keçəcəyi və bundan sonra "Aston Villa" ilə müqavilə imzalayacağı qeyd olunur.
Qeyd edək ki, Serxio Ramosun son klubu bu ilin yanvarında ayrıldığı Meksikanın "Monterrey" komandası olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)