Qızıl və gümüş almaq istəyənlərin nəzərinə

15 Sentyabr 2026 09:26

Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib.

Milli.Az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb.

Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri isə 0,43% azalaraq 63,87 ABŞ dolları təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)